Haqqımızda

BDU Elmi Şurasının 05 fevral 2013-cü il tarixli iclasında Bakı Dövlət Universitetində gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi problemlərin işlənilməsi və prioritet elmi məsələlərin həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılmasına kömək edilməsi məqsədi ilə BDU-nun rektoru akademik A.M.MƏHƏRRƏMOV əmri ilə Gənc Alimlər Şurasının yaradılması qərarı verildi.