Xəbərlər

Əsgərov İdrak Mirzəbaba oğlu Riyaziyyat üzrə Fəlsəfə Doktoru dissertasiya işini müdafiə etmişdir

BDU-nun Gənc Alimlər Şurasının üzvü, tətbiqi riyaziyyat elmi-tədqiqat institutunun kiçik elmi işçisi Əsgərov İdrak Mirzəbaba oğlu 27.12.2013-cu il tarixində BDU-nun nəzdində fəaliyyət göstərən FD.02.017 dissertasiya şurasında 3338.01-Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Qaz-lift prosesində optimal idarəetmə məsələlərinin asimptotik həll üsulları” mövzusunda dissertasiya işinin müdafiə etmişdir.

Gənc Alimlər Şurasının üzvləri onu təbrik edir və elmi işlərində uğurlar arzu edirlər.

Qrant qalibi

FloraBakı Dövlət Universitetinin, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi, böyük elmi işçi F.V.Hacıyeva İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) maliyyələşdirdiyi dəyəri 10000$ məbləğində olan «The development of technology of formation quantum nanowires in polymer matrices» (Polimer matrislərdə kvant nanonaqillərinin alınma texnologiyasının işlənməsi) qrant layihəsinin qalibi olmuşdur.

İclas

03.12.2013 tarixində BDU-nun kiçik akt zalında saat 1400-da
Bakı Dövlət Universitetinin Gənc Alimlər Şurasının növbəti iclası olacaqdır.

GÜNDƏLİK

1. Gənc Alimlər Şurasının rəsmi saytının işlənməsi
2. Gənc Alimlərinin Şurasında iş bölgüsünün aparılması.
3. Bakı Dövlət Universitetinin gənc alimlərinin elmi potensialının informasiya bazasının yaradılması.
4. BDU-nun Gənc Alimlərinin respublika və beynəlxalq qrant layihələrində iştirakını təmin edilməsi məqsədilə informasiya mərkəzinin yaradılması.

Gənc Alimlər Şuarsının sədri     k.ü.f.d. F.V.Hacıyeva