Xəbərlər

Gənc alimlər şurasının üzvü fəlsəfə doktoru elmi dərəcəsini almışdır

daxil

Gənc alimlər şurasının Sosial elmlər və psixologiya fakültəsindən üzvü Daxil Vəliyev fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Gənc Alimlər Şurasının uzvləri onu tebrik edir və ona gələcək elmi işlərində uğurlar arzu edirlər.

Gənc Alimlər Şurası tərəfindən elan edilmiş müsabiqənin qalibləri müəyyən olundu

Gənc Alimlər Şurası tərəfindən elan edilmiş müsabiqənin qalibləri müəyyən olundu.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Bakı Dövlət Universitetinin Gənc Alimlər Şurası tərəfindən elm, təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən 35 yaşadək gənc alimlər (doktorant, fəlsəfə doktoru və elmlər doktoru) arasında elan edilən müsabiqənin qalibləri müəyyən olunub:

Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının nəzdindəki “Nanoaraşdırmalar” Elmi Tədqiqat Mərkəzinin böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ağamalıyev Zöhrab Ədalət oğlu (elm sahəsində əldə etdiyi uğurlara görə).

– Bilogiya fakültəsinin “Biokimya və Biotexnologiya” kafedrasının müəllimi Qocayev Anar Sahib oğlu (elm sahəsində əldə etdiyi uğurlara görə).

– Hüquq fakültəsi, “Konstitusiya hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əliyev Sübhan Fərmayıl oğlu oğlu (təhsil sahəsində əldə etdiyi uğurlara görə).

– Jurnalistika fakültəsi, “Beynəlxalq jurnalistika” kafedrasının müəllimi,  filologiya üzrə fəlsəfə doktoru Əliyev Vüqar Zifər oğlu (elm və təhsilin təbliğindəki ictimai fəaliyyətinə görə).

Gənc Alimlər Şurasının üzvləri bütün qalibləri təbrik edir və gələcək fəzliyyətlərində uğurlar arzu edirlər.

1 (1) 1 (2) 1 (3) 1 (4)

Mənbə

ELAN

BDU-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş elm, təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən 35 yaşadək gənc alimlər (doktorant, fəlsəfə doktoru və elmlər doktoru) arasında müsabiqə keçirilməsi qərara alınmışdır. Müsabiqə aşağıdakı 3 nominasiya üzrə aparılacaqdır:

  1. Elm sahəsində əldə etdiyi nailiyyətlərə görə;
  2. Təhsil sahəsində əldə etdiyi nailiyyətələrə görə;
  3. Elm və təhsilin təbliğindəki ictimai fəaliyyətinə görə.

Müsabiqənin qalibləri Fəxri Fərman və pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqə ilə əlaqədar  olaraq rəhbərlik etdiyiniz fakültədən yuxarıda qeyd olunan nominasiyalar üzrə 35 yaşadək gənc alimlərin (doktorant, fəlsəfə doktoru və elmlər doktoru) namizədliyini (hər nominasiya üzrə 1 nəfər) verməyiniz xahiş olunur. Namizədlərin azərbaycan dilində CV-lərini və fəaliyyətləri haqda bir səhifəlik məlumatları 30.04.2014 tarixinədək Gənc Alimlər Şurasının Sədri, k.ü.f.d. F.V.Hacıyeva təqdim edin.

BDU-nun Gənc Alimlər Şurasının növbəti iclası

18.04.2014-cü il tarixində BDU-nun Gənc Alimlər Şurasının növbəti iclası keçirilmişdir. Şuranın sədri k.ü.f.d F.V.Hacıyeva gündəlikdə olan məsələlərlə idarə heyətini tanış etdi. İclasda həmçinin BDU-nun elmlər doktoru və fəlsəfə doktoru proqramı ilə təhsil alan gənc alimlərin informasiya bazasının yaradılmasının vacibliyi qeyd olundu. Hər bir fakültə nümayəndəsinə belə bir bazanın qısa zaman ərzində yaradılması və rəsmi internet səhifəsində yerləşdirilməsi tapşırıldı. Həmçinin BDU-da müxtəlif nominasiyalar üzrə müsabiqələr təşkil olunması ilə bağlı təkliflərin hazırlanması qərara alındı.

DSC04473 sekil-2 DSC04464

11-12 aprel Qazaxıstanda simpozium

11-12 aprel 2014-c il tarixində Qazaxıstanın Alma-Ata şəhərinin Dövlət idarəetməsində həyata keçirilən hüquqi islahatlar mövzusunda simpozium keçirilmişdir. Bakı Dövlət universitetinin müəllimi, Gənc Alimlər Şurasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhan Əliyev Azərbaycanda idarəetmə sahəsində həyata keşirilən hüquqi islahatlar mövzusunda məruzə ilə çıxış etmişdir.

IMG_0687[1]      IMG_0689[1]

Gənc alimlərin görüşü keçirildi

08.04.2014-cü il tarixində Bakı Dövlət Universitetinin “Heydər Əliyev Mərkəzində”  BDU-nun Gənc Alimlər Şurası  ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi Gənc Alimlər Şurası arasında görüş keçirilmişdir. Tədbirdə Bakı Dövlət Universitetinin coğrafiya, geologiya, kimya, biologiya, ekologiya və torpaqşünaslıq fakültələrindən olan Gənc Alimlər Şurasının üzvləri və Kənd Təəsərrüfatı Nazirliyinin 13 elmi tədqiqat institutunun gənc alimləri, eləcə də Universitetin bakalavr və magistratura pilləsinin təhsildə seçilən gəncləri iştirak etmişdir.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru prof.A.H.Kazımzadə tədbiri açaraq  hər iki qurum arasında əlaqələrin yaradılmasını müsbət bir hal kimi qiymətləndirdi.  Daha sonra BDU-nun Gənc Alimlər Şurasının sədri k.ü.f.d. Flora Hacıyeva qonaqları salamladı və Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurasının bu ilk rəsmi görüşünü də məhz BDU-da keçirdiyinə görə minnətdarlığını bildirdi. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurasının sədri Xudayev Faiq Allahverdi oğlu tədbirin keçirilmə məqsədini, eyni zamanda Aqrar Elm Mərkəzi Gənc Alimlər Şurasının yaradılması, həyata keçirdiyi işlər və gənclərin bu sahədə fəaliyyəti haqqında iştirakçılara geniş informasiya verdi. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi müxtəlif Elmi Tədqiqat İnstitutları Gənc Alimlər Şurasının üzvləri həyata keçirdikləri işlər və olkədaxili və beynəlxalq əməkdaşlıq haqqında maraqlıq təqdimatlarla çıxış etdilər. Tədbirin sonunda BDU-nun Gənc Alimlər Şurasının sədri k.ü.f.d. Flora Hacıyeva ətraflı məlumata görə qonaqlara Gənc Alimlər Şurası adından təşəkkur etdi və gələcəkdə əlaqələrin daha da inkişaf edəcəyinə inandığını qeyd etdi. Tədbirin sonunda qonaqlar üçün BDU-nun elmi-tədqiqat laboratoriyalarında ekskursiya etdilər.

Hacıtepe Universitetinə elmi ezamiyyət

Nanoaraşdırmalar laboratoriyasının böyük elmi işçisi Hacıyeva Flora Vidadi qızı 01.03.2014-31.03.2014-cü il tarixlərində Turkiyə Respublikasının Hacıtepe Universitetinin Polimerlərin Radiasiyası elmi-tədqiqat laboratoriyasında elmi ezamiyyətdə olmuşdur. Ezamiyyət ərzində F.V.Hacıyeva Polimerlərin Radiasiyası laboratoriyasında  nanotexnologiya sahəsində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmuş, laboratoriyanın rəhbəri və əməkdaşları ilə Polimerlərin Radiasiyası və Nanoaraşdırma laboratoriyası ilə birgə aparıla biləcək elmi işlərin istiqamətlərini müəyyənləşdirmişdir. F.V.Hacıyeva polimerlərdə qamma şüalanmasının təsiri nəticəsində müxtəlif metal nanostrukturların sintezini aparmış və yaranan quruluşların müxtəlif tədqiqat üsulları ilə (İR, UV, TGA) analizini yerinə yetirmişdir. Həmçinin gələcəkdə hər iki laboratoriya arasında müştərək elmi işlərin aparılması nəzərdə tutulmuşdur.

DSC04425

Qocayev Anar Sahib oglu bilogiya elmləri üzrə fəlsəfə doktoru oldu

BDU-nun Biokimya və biotexnologiya kafedrasının doktorantı Anar Sahib oğlu Qocayev biologiya sahəsində 23.02.2014-cü il tarixində “Ksantinoksidaza fermentinin yeni ingibitorlarının tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

Gənc Alimlər Şurasının üzvləri onu təbrik edir və gələcək elmi işlərində uğurlar arzu edirlər.

2014-cü il Gənclər üçün Prezident mükafatları

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi k.e.f.d. Hacıyeva Flora Vidadi qızı elm ve təhsil sahesinde elde etdiyi nailiyyətlərə görə 2014-cü il Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür.

NDA_7940

2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlandı

Bakı Dövlət Universitetinin, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi, böyük elmi işçi F.V.Hacıyeva 2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsindən  “Radiasiya ilə modifikasiya olunmuş polimer membranlarda nanostrukturların alınma texnologiyasının öyrənilməsi” adlı layihəsi uğurla keçmişdir. Bu layihə çərçivəsində F.V.Hacıyevanın Türkiyənin, Ankara şəhərinin, Hacettepe Universiteti, Kimya fakültəsi, Radiasiya və Polimerlər Elmləri laboratoriyasında fevral – mart 2014-cü il tarixlərində elmi təcrübəkeçməsi nəzərdə tutulur.

2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsi

(nəticələrin elanı)

Müsabiqənin nəticələri haqqında elan

Müsabiqədən uğurla keçmiş layihələr