BDU alimləri Fransada nanotexnologiya sahəsində apardıqları tədqiqatları müzakirə etmişlər

12182111_977900865603914_708597715_n15-18 iyun tarixlərində Gənc Alimlər Şurasının sədri,  “Nanomaterialların kimyəvi fizikası” kaferdrasının müəllimi, Nanoaraşdırmalar laboratoriyasının b.e.i, Hacıyeva Flora Vidadi qızı və Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi professor Həsənova Ülviyyə Əliməmməd qızı Fransanın Paris şəhərində keçirilmiş Nanotech- Nanoscience 2015 beynəlxalq konfransında iştirak etmiş və məruzə ilə çıxış etmişlər (A.M.Maharramov, А.L.Shabanov, Z.О.Gakhramanova, M.A.Ramazanov, U.А.Hasanova, L.Z.Vezirova, F.V.Hajiyeva “Stabilization metal nanoparticles by crown compounds with amine and hydroxyl groups in macrocyclic ring and studying their properties”; A.M.Maharramov, M.A.Ramazanov, F.V.Hajiyeva, Olgun Guven, Feyza Kirac «Thermal and mechanical properties of nanocomposites based on isotactic polypropylene and zirconium dioxide nanoparticle»).

12201000_977900852270582_2108654038_n

Həmçinin onlar konfransın işində Kimya üzrə Nobel mükafatı laureatı Prof. Jean-Marie Lehn və Fizika üzrə Nobel mükafatı laureatı prof. Albert Fertin mühazirələrini dinləmiş, dəyirmi masalarda aparılan müzakirələrdə yaxından iştirak etmişlər. Həmçinin F.V.Hacıyeva və Ü.Ə.Həsənova Bakı Dövlət Universitetinin Nano Araşdırmalar Mərkəzinin və Avropanın qabaqcıl universitetlərlə birgə həyata keçirilən ECONANO proyekti çərçivəsində Fransanın Paris 13 Universitetinin Materialşünaslıq laboratoriyasının professorları prof. Jean Filipp, prof. Andrey Kanayev və digər professor-müəllim heyəti ilə görüşmüş və ECONANO proyektinin hazırda yerinə yetirilmə vəziyyəti haqda müzakirələr aparmışlar. Həmçinin səfər zamanı yeni bir təhsil proqramının hazırlanması ilə bağlı Paris 13 Universiteti ilə razılıq əldə edilmişdir.

Comments are closed.