BDU dosenti Yaponiyaya 4 aylıq müddətə ezam olunmuşdur

13598852_1120500004677332_1944771915_nBakı Dövlət Universitetinin dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin Tətbiqi Kimya və Biokimya Mərkəzinə 4 aylıq müddətində elmi ezamiyyətə göndərilmişdir. Ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq fondunun maliyyələşdiridiyi layihə çərçivəsində həyata keçiriləcəkdir. Layihə çərçivəsində termoplastik polimer matrisləri və maqnit nanohissəcikl əri əsasında olan nanokompozit strukturların kompleks fiziki-kimyəvi xassələri (maqnit, elektrofiziki, mexaniki, termiki və sair) müxtəlif tədqiqat üsulları (skanedici elektron mikroskopu, işıqburaxan elektron mikroskopu, atom-qüvvət mikroskopiyası, termoqravimetrik analiz üsulu, differensial skanedici kalorimetriya, dinamik işıq səpilməsi üsulu, rentgenspektral analiz, vibrasion maqnetometriya, elektrofiziki ölçmə metodu və sair) vasitəsi ilə tədqiq ediləcəkdir.

Həmçinin ifrat tezlikli elektromaqnit dalğalarını udan polimer nanokompozit materiallarının alınma texnologiyasının optimallaşdırılması, elektromaqnit dalğalarının udulması və maqnit nanokompozitlərin quruluş və xassələri arasında əlaqənin mexanizmi araşdırılacaqdır.  Bu işlərin əsas məqsədi  maqnit nanohissəcikləri və termoplastik polimer matrsiləri əsasında alınan nazik polimer maqnit nanokompozit təbəqələrinin hərbi təyinatlı materialların alınmasında, müxtəlif radar sistemlərin, yüksək intensivli elektromaqnit dalğalarını udan müxtəlif geyim və sursatların hazırlanmasında istifadəsindən ibarətdir.

13599556_1120488421345157_207528416_n

BDU-nun gənc alimi “Gənclər üçün Prezident mükafatı”na layiq görülüb

Prezident İlham Əliyev 2016-cı il “Gənclər üçün Prezident mükafat”larının verilməsi haqqında sərəncam imzalayıb.

Elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən və mükafata layiq görülənlər arasında Bakı Dövlət Universitetinin kimya fakültəsinin ingilis bölməsinin müəllimi, gənc alim Elvin Yaşar oğlu Məlikov da var.

Cavanşir Məmmədzadə Təbriz Universitetində xüsusi sertifikatla təltif olunmuşdur

   BDU-nun “Gənc alimlər” şurasının üzvü, Şərqşünaslıq fakültəsinin bakalavriatura üzrə dekan müavini Cavanşir Nadir oğlu Məmmədzadə 2015-ci ilin avqust ayında İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət mərkəzinin dəvəti ilə fars dili və ədəbiyyatına dair ixtisasartırma kurslarında iştirak etmək üçün bir qrup ziyalı və tələbələrlə birlikdə Təbriz Universitetinə səfər etmişdir. Azərbaycandan gəlmiş qonaqları İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət mərkəzinin müdiri dr. İbrahim İbrahimi, Təbriz Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və “Azərbaycanşünaslıq” mərkəzinin müdiri prof. Əhməd Fərşbafian qəbul etmişdir.

Nümayəndə heyətinə Təbriz Universiteti barədə bukletlər təqdim olunmuş, 116 hektar sahəsi olan təhsil ocağının yaranması, 27 min tələbənin cəmləşdiyi 22 fakültənin strukturu və fəaliyyəti, təhsilin bakalavriatura, magistratura və doktorantura səviyyələrində tədrisin təşkili, universitetin tərkibindəki elmi-tədqiqat institutlarının iş istiqaməti, xarici ölkə xalqlarının dil  və ədəbiyyatının tədris olunduğu filologiya fakültəsi barədə dolğun məlumat verilmişdir.  Daha sonra filologiya fakültəsinin fars dili və ədəbiyyatı üzrə professor-müəllim heyəti ilə geniş tərkibdə görüş keçirilmişdir. Görüşdə gündəlik elmi seminarların təşkilinə qərar verilmişdir. Seminarlarda fars dili və ədəbiyyatının müxtəlif mövzularına dair fikir mübadilələri aparılmış, bu elm sahələrinin müasir problemləri və onların həlli yolları, hər iki ölkədə fars dili və ədəbiyyatına dair nəşr olunan elmi əsərlər, alimlərin qarşılıqlı əlaqələri haqqında ətraflı söhbət açılmışdır. Müasir fars ədəbiyyatına dair həsr olunan seminarda C.N.Məmmədzadə “İranda “yeni şeir“ ədəbi cərəyanı və Nima Yuşicin fəaliyyəti” barədə öz fikir və mülahizələrini iranlı həmkarları ilə paylaşmışdır.

Təbriz Universitetinin zəngin Milli kitabxanası və “Azərbaycanşünaslıq” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan C.N.Məmmədzadə Azərbaycanşünaslığa dair aparılan elmi tədqiqat işləri, Universitetin filologiya fakültəsində Azərbaycan dilinin tədrisi vəziyyəti ilə maraqlanmışdır. Azərbaycan dilinin tədrisinin yüksəldilməsi və keyfiyyətinin artırılması məqsədilə C.N.Məmmədzadə bir sıra tövsiyə və təkliflərlə çıxış etmişdir. Tövsiyə və təklifləri yüksək qiymətləndirən fakültə rəhbərliyi bu sahədə Bakı Dövlət Universiteti ilə əməkdaşlığın faydasından söhbət açmışdır. Fars dili və ədəbiyyatına dair ixtisasartırma kurslarında fəal iştirakına və məzmunlu məruzəsinə görə C.N.Məmmədzadə Təbriz Universiteti tərəfindən xüsusi sertifikatla təltif edilmişdir.

BDU alimləri Fransada nanotexnologiya sahəsində apardıqları tədqiqatları müzakirə etmişlər

12182111_977900865603914_708597715_n15-18 iyun tarixlərində Gənc Alimlər Şurasının sədri,  “Nanomaterialların kimyəvi fizikası” kaferdrasının müəllimi, Nanoaraşdırmalar laboratoriyasının b.e.i, Hacıyeva Flora Vidadi qızı və Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi professor Həsənova Ülviyyə Əliməmməd qızı Fransanın Paris şəhərində keçirilmiş Nanotech- Nanoscience 2015 beynəlxalq konfransında iştirak etmiş və məruzə ilə çıxış etmişlər (A.M.Maharramov, А.L.Shabanov, Z.О.Gakhramanova, M.A.Ramazanov, U.А.Hasanova, L.Z.Vezirova, F.V.Hajiyeva “Stabilization metal nanoparticles by crown compounds with amine and hydroxyl groups in macrocyclic ring and studying their properties”; A.M.Maharramov, M.A.Ramazanov, F.V.Hajiyeva, Olgun Guven, Feyza Kirac «Thermal and mechanical properties of nanocomposites based on isotactic polypropylene and zirconium dioxide nanoparticle»).

12201000_977900852270582_2108654038_n

Həmçinin onlar konfransın işində Kimya üzrə Nobel mükafatı laureatı Prof. Jean-Marie Lehn və Fizika üzrə Nobel mükafatı laureatı prof. Albert Fertin mühazirələrini dinləmiş, dəyirmi masalarda aparılan müzakirələrdə yaxından iştirak etmişlər. Həmçinin F.V.Hacıyeva və Ü.Ə.Həsənova Bakı Dövlət Universitetinin Nano Araşdırmalar Mərkəzinin və Avropanın qabaqcıl universitetlərlə birgə həyata keçirilən ECONANO proyekti çərçivəsində Fransanın Paris 13 Universitetinin Materialşünaslıq laboratoriyasının professorları prof. Jean Filipp, prof. Andrey Kanayev və digər professor-müəllim heyəti ilə görüşmüş və ECONANO proyektinin hazırda yerinə yetirilmə vəziyyəti haqda müzakirələr aparmışlar. Həmçinin səfər zamanı yeni bir təhsil proqramının hazırlanması ilə bağlı Paris 13 Universiteti ilə razılıq əldə edilmişdir.

Gənc Alimlər Şurasının Sədri Patrasda

patras1

Gənc Alimlər Şurasının Sədri kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva 11 -12 iyun 2015-ci il tarixində Yunanıstanın Patras Universitetində Avropa Birliyinin TEMPUS proqramı çərmivəsində həyata keçirilən ECONANO layihəsinin növbəti seminar –mitinqində iştirak etmişdir.

Seminarda İtaliyanın Sapienza Universitetinin, Fransanın Paris 13 Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan İnşaat və Memarlıq Universitetinin və Qafqaz Universitetinin nümayəndələri iştirak etmişdir.

Seminarda həmçinin “Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması haqqında müzakirələr aparılmışdır. ECONANO layihəsinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün əsasların olduğu qeyd edilmişdir. Eyni zamanda səfər zamanı yeni bir təhsil layihəsinin və bir elmi tədqiqat layihəsinin hazırlanması ilə əlaqədar razılıq əldə olundu.

Parlament hüququ dərsliyi işıq üzü gördü

derslikGənc Alimlər Şurasının üzvü, Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru  Əliyev Sübhan Fərmayıl oğlunun  həmmüəllif olduğu Parlament hüququ dərsliyi  işıq üzü görmüşdür.

Parlament hüququ dərsliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 may  2015-ci il tarixli 626 saylı əmri ilə dərslik kimi təsdiq edilmişdir. Dərslikdə  Milli Məclisə seçkilər, Milli Məclis fəaliyyətinin tənzimlənməsi, qanun layihələrinin hazırlan-ması, qəbulu, imzalanması ile baglı münasibətlər araşdırılmışdır.

Bundan başqa dərslikdə  Parlamentin funksiyası,yaranması,inkişaf mərhələləri tədqiq olunmuş, xarici ölkə parlamentləri ilə müqayisələr aparılmışdır.

Gənc alimimiz IX Beynəlxalq forumda

Bu günlərdə Moskva şəhərində Elmi və yaradıcı gənclərin IX Beynəlxalq Forumu keçirilib. MDB ölkələrindən, o cümlədən Azərbaycan Respublikasından 300-ə yaxın nümayəndənin dəvət olunduğu tədbir iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilib. Tədbirin gedişində iştirakçılar özlərinin gənc kolleqalarını – “Содружество дебютов» mükafatının laueratlarını təbrik ediblər.

Bu il həmin mükafat “Ekologiya və ətraf mühitin mühafizəsi” sahəsində fəaliyyət göstərən gənc mütəxəssislərə verilib. Sevindirici haldır ki, mükafatın builki laureatları arasında BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin dosenti, biologiya elmləri namizədi Akif Orucov da olub.

Gənc Alimlər Şurasının üzvləri onu təbrik edir və gələcək elmi işlərində uğurlar arzu edirlər.

forum1 forum2 forum3

TEMPUS layihəsi üzrə ECONANO layihəsinin koordinator ölkələrinin növbəti görüşü

Bakı Dövlət Universitetinin Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi, Nano Araşdırmalar Mərkəzinin böyük elmi işçisi Hacıyeva Flora 30.09.14-05.10.14 tarixlərində Fransanın Paris şəhərində keçirilən TEMPUS layihəsi üzrə ECONANO layihəsinin koordinator ölkələrinin növbəti görüşündə iştirak etmişdir. Görüşdə ECONANO layihə iştirakçılarının: İtaliya, Fransa, Yunanıstan və Azərbaycan universitetlərinin iştirakçılarının məruzələri dinlənilmiş və layihə çərçivəsində hal-hazırda dərs proqramlarının hazırlanması və yerinə

yetirilməsi müzakirələri aparılmışdır. ECONANO layihəsinin İtalyadan olan koordinatoru prof. Luca Di Palma ilə layihənin müvəffəqiyyətlə yerinə yetirilməsi planlarını müzakirə edilmişdir. Həmçinin F.V.Hacıyeva hazırda ECONANO layihəsi üzrə hazırlanan post magistr tələbələrinə Bakı Dövlət Universitetində tədris edilən bəzi dərslər keçirilməsi ilə bağlı məruzə ilə çıxış etmişdir.

temp1

2014-cü il il üçün 5-ci “Mobillik qrantı” musabiqəsinin nəticələri açıqlandı

Bakı Dövlət Universitetinin əməkdaşı və Kimya fakültəsi “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının doktorantı Məlikov Elvin Yaşar oğlunun “Mikrostruktur analiz metodları və mexaniki sınaqlar” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun elan etdiyi 2014-cü il üçün 5-ci “Mobillik qrantı” müsabiqəsindən  uğurla keçmişdir. Bu layihə çərçivəsində  E.Y.Məlikovun Macarıstanın Szeged Universitetində, Təbiət elmləri və informatika fakültəsi, Tətbiqi və ətraf mühit kimyası kafedrasında 30 gün müddətinə təcrübəkeçməsi nəzərdə tutulur. Layihə əsasən mikrostruktur analiz və mexaniki sınaq metodlarının öyrənilməsini əhatə edir.

            Layihənin məqsədi sözügedən mövzuda Avropanın qabaqcıl universitetinin təcrübəsinin Bakı Dövlət Universitetinə gətirilməsini, elmi tədqiqatlarda istifadəsini və hətta gələcəkdə tələbələrə tədris edilməsini əhatə edir.

Gənc Alimlər Şurasının üzvləri onu təbrik edir və gələcək elmi işlərində uğurlar arzu edirlər.

Gənc alimlər şurasının kimya fakültəsindən üzvü Bilkent və ODTÜ-də

    Bakı Dövlət Universitetinin əməkdaşı, doktorantı və gənc alimlər şurasının kimya fakültəsindən üzvü Məlikov Elvin Yaşar oğlu 16-27 İyun 2014-cü il tarixlərində UNİDO-nun təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində Bilkent Universitetinin UNAM mərkəzində keçirilən “4th International Workshop on Cleanroom Training for Critical and Sustainable Technologies: Sensors” (Kritik və Davamlı Texnologiyalar üçün 4-cü Təmiz otaq Treyninqi: Sensorlar) mövzusunda təcrübəkeçmədə iştirak edərək Türkiyənin qabaqcıl universitetinin Nanotexnologiyalar sahəsində təcrübəsini öyrənmişdir. Təcrübəkeçmə sensorlar, MEMS (MikroElektroMexanikiSistemlər) və NEMS (NanoElektroMexanikiSistemlər) və s texnologiyalar, sensorların hazırlanması və quruluşunun monitorinqi metodlarının öyrənilməsini əhatə etmişdir.

Bundan başqa səfər həm də ODTÜ-də (OrtaDoğuTeknikÜniversitesi) MEMS/NEMS mərkəzində Təmiz otaqlar və bu otaqlarda həyata keçirilən proseslərlə tanışlığı da əhatə etmişdir.

lvin2 lvin1