BDU dosenti Yaponiyaya 4 aylıq müddətə ezam olunmuşdur

13598852_1120500004677332_1944771915_nBakı Dövlət Universitetinin dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin Tətbiqi Kimya və Biokimya Mərkəzinə 4 aylıq müddətində elmi ezamiyyətə göndərilmişdir. Ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq fondunun maliyyələşdiridiyi layihə çərçivəsində həyata keçiriləcəkdir. Layihə çərçivəsində termoplastik polimer matrisləri və maqnit nanohissəcikl əri əsasında olan nanokompozit strukturların kompleks fiziki-kimyəvi xassələri (maqnit, elektrofiziki, mexaniki, termiki və sair) müxtəlif tədqiqat üsulları (skanedici elektron mikroskopu, işıqburaxan elektron mikroskopu, atom-qüvvət mikroskopiyası, termoqravimetrik analiz üsulu, differensial skanedici kalorimetriya, dinamik işıq səpilməsi üsulu, rentgenspektral analiz, vibrasion maqnetometriya, elektrofiziki ölçmə metodu və sair) vasitəsi ilə tədqiq ediləcəkdir.

Həmçinin ifrat tezlikli elektromaqnit dalğalarını udan polimer nanokompozit materiallarının alınma texnologiyasının optimallaşdırılması, elektromaqnit dalğalarının udulması və maqnit nanokompozitlərin quruluş və xassələri arasında əlaqənin mexanizmi araşdırılacaqdır.  Bu işlərin əsas məqsədi  maqnit nanohissəcikləri və termoplastik polimer matrsiləri əsasında alınan nazik polimer maqnit nanokompozit təbəqələrinin hərbi təyinatlı materialların alınmasında, müxtəlif radar sistemlərin, yüksək intensivli elektromaqnit dalğalarını udan müxtəlif geyim və sursatların hazırlanmasında istifadəsindən ibarətdir.

13599556_1120488421345157_207528416_n